İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan ilə İspaniya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkədə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionu qəbul edib.

Görüş zamanı Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq iki ölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayında COP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranada keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, cari ilin mart ayında Bakıda keçirilmiş Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının vacib platforma olduğu bildirilib.

Görüş zamanı tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşıl enerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşünün nəticələri, habelə Azərbaycanın bölgədə davamlı yinkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan ilə İspaniya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya tərəfindən isə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belio başçılıq ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR