Onlayn ictimai-siyasi qəzet
"Həyatımın sonsuzluğunda, olduğum nöqtədə hər şey mükəmməldir, bütün və tamdır".
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial şəbəkədə yazıb.
Günel paylaşımında pozitiv düşüncələrini və həyat fəlsəfəsini bölüşüb. O, sosial şəbəkədə paylaşdığı yeni fotolarla yanaşı, daxili rahatlıq və minnətdarlıq dolu bir yazı da əlavə edib.
Sənətçi bildirib ki, o, bu gün öz həyatında harmoniya hiss edir, gördüyü hər bir gözəlliyi, ailəsini, savadını, zehnini, səsini və kainatın mükəmməl işləmə sistemini dəyərləndirir:
"Dünyamda hər şey yaxşı və gözəldir. Gördüyüm gözəlliklərə, ailəmə, savadıma, zehnimə, səsimə, evrənin işləmə formasına, ruhumdakı səsə şükürlər olsun".
İzləyiciləri ifaçının bu paylaşımını rəğbətlə qarşılayıblar. Bir çoxları onun pozitiv enerjisini və həyat sevgisini tərifləyib, bəziləri isə müğənninin paylaşdığı fotoların zərif və təbii tərzini xüsusilə bəyənib.
Könül
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ