Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Sverdlovsk vilayətində hökumətinin bölgədəki bir sıra sənaye müəssisələri pilotsuz uçuş aparatlarının (PUA) hücumu ehtimalı ilə bağlı qabaqlayıcı tədbirlər görərək işçilərin təxliyəsini həyata keçirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli muxtar hökumət rəsmi bəyanat yayıb.
It’s My City portalının məlumatına görə, bu gün səhər Kalinin adına zavodun birinci növbəsinin bütün işçiləri evə buraxılıb. Həmçinin Ural Mülki Aviasiya Zavodu da təxliyə olunub.
Müharibə başlayandan bəri Yekaterinburq pilotsuz aparat hücumuna məruz qalmamışdı. İlk dəfə 6 oktyabrda Tümen şəhərindəki bir müəssisə PUA zərbəsinə tuş gəlib.
Yenilənmiş məlumata əsasən, Sverdlovsk vilayətində mobil internetin fəaliyyəti də məhdudlaşdırılıb.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ