İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad Şabanov əfsanəvi hitə yeni nəfəs verdi - VİDEO

 
Müğənni Azad Şabanov yaradıcılığında yeni bir səhifə açıb.
 
Musavat.com bildirir ki, sənətçi əfsanəvi "Sevgilim, süz" (Badə nəbadə) hitinə yeni nəfəs verib.
 
Sözügedən əsər Xalq artisti Aygün Kazımovanın "Best of Aygun - All start" albomunda öz yerini alıb.
 
Azad Şabanov mahnını tam fərqli tərzdə və aranjımanda ifa edib. Rok janrında səslənən mahnı musiqisevərlərin rəğbətini qazanıb.
 
Qeyd edək ki, əsərin musiqisi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə, sözləri isə Teymur Məmmədova məxsusdur.
 
Yeni aranjımanı Emin Əliyev ərsəyə gətirib. Vokal prodüserliyi İsmayıl Əsədova aiddir. Gitarada Şamil Məmmədov, bas gitarada isə Genadiy Yuqai ifa edib.
 
Onu da vurğulayaq ki, Azad Şabanov "Sevgilim, süz" mahnısını ilk dəfə Heydər Əliyev Sarayında baş tutan solo konsertində səsləndirib. Bu, müğənninin pop divanın repertuarına sayca ikinci müraciətidir.
 
 
 
Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR