İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası Köçəryanı “arxivə göndərdi”

Ermənistanın iqtidardakı “Vətəndaş müqaviləsi” partiyasının gənc qanadı parlamentdə 44 günlük müharibənin səbəblərini araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryanı və onun vaxtı keçmiş hesabatını arxivə göndərib.

Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qəzetin məlumatına görə, “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan son vaxtlar müxtəlif platformalarda partiyanı açıq şəkildə deyil, lakin dolayı yolla tənqid etməyə başlayıb. O, müsahibələrində partiyanın bəlkə də müharibənin səbəblərini araşdırmamasının daha doğru olacağını eyhamla bildirib ki, bu da həm siyasi müstəvidə, həm də partiya daxilində reaksiya doğurub.

“Köçəryan 2021-ci ildən etibarən müharibənin səbəblərini araşdırmaq üçün işçi qrup yaradıb, lakin nəticədə o, işi gizli şəkildə, dar bir ekspert dairəsi ilə apararaq hesabatı digər komissiya üzvlərinin iştirakı olmadan tərtib edib və sənədi onlara təqdim etməkdən imtina edib. Daha sonra, 3 may 2023-cü ildə komissiyanın – iki dəfə uzadılmış – səlahiyyət müddəti başa çatdıqda, parlament sədri hesabatın plenar iclasda müzakirəyə çıxarmağa qoymayıb.

Hesabatın təqdim edilməsinə qarşı çıxanlar arasında iqtidar partiyasının “ağır artilleriyası” sayılan parlamentin dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının sədri Vladimir Vardanyan da olub. Nəticədə Köçəryanın uzun illərin zəhməti ilə hazırladığı, vaxtı keçmiş hesabatı heç bir siyasi qiymət verilmədən, müzakirəsiz və nəticəsiz şəkildə parlament arxivinə göndərilib”, - deyə xəbərdə bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR