Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Cinayət Məhkəməsində (ICC) İtaliyanın baş naziri Corciya Meloni, müdafiə naziri Guido Crosetto, xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani və Leonardo şirkətinin baş direktoru Roberto Cingolaniyə qarşı iddia qaldırılıb.
Musavat.com xəbər verir ki, məlumatı Meloni özü açıqlayıb.
Onun sözlərinə görə, iddia Qəzza zolağında fələstinlilərin soyqırımında iştirakı ehtimalına görə qaldırılıb: "Mənə, nazirlər Crosetto və Tajaniyə və Leonardo şirkətinin baş direktoru Cingolaniyə qarşı soyqırımda iştirak etməkdə ittiham olunduğu üçün Beynəlxalq Cinayət Məhkəməsində iddialar qaldırılıb. İnanıram ki, dünyada və ya tarixdə belə bir başqa ittiham yoxdur".
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ