İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON İDDİA: Rusiya bu ölkədən 25 min muzdlunu Ukraynaya qarşı müharibəyə GÖNDƏRİR

25 minədək kubalı yaxın vaxtlarda Rusiya ordusuna qoşularaq Ukraynaya qarşı döyüşə bilər.

Musavat.com xəbər verir ki,bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşr Ukraynadakı mənbələrə istinadən bildirir ki, hazırda Rusiya ordusundakı ən böyük xarici kontingent Şimali Koreyadandır, lakin yaxın zamanda kubalılar say baxımından onları ötə bilər.

Məlumatlara görə, minlərlə kubalı Rusiya ilə müqavilə imzalayıb. Onlara ayda təxminən 2000 dollar maaş vəd olunub. Bu da Kubanın 20 dollarlıq orta maaşından xeyli yüksəkdir. 

Bəzi kubalılar isə aldadıldıqlarını deyir. Bildirilir ki, onlara Rusiyada tikinti işləri təklif olunub, lakin cəbhəyə göndəriliblər.

Ukrayna kəşfiyyatının fikrincə, Rusiya hökuməti kubalı muzdluların cəlb edilməsində maraqlıdır, çünki onların ölümü rəsmi Moskva üçün sosial və siyasi məsuliyyət yaratmır.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR