Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası federal hökumətin bağlanması səbəbindən məzuniyyətə buraxılan dövlət işçilərinin maaşını ödəməməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı "Reuters" müvafiq sənəd layihəsinə istinadən yayıb.
Agentliyin məlumatına görə, təşəbbüs bağlanma başa çatdıqdan sonra məcburi məzuniyyətə çıxan işçilər üçün ödənişi nəzərdə tutmur.
"Reuters" qeyd edir ki, buna görə də təxminən 700 000 dövlət işçisi maaşlarını ala bilməmək riski altındadır.
Bildirilir ki, 3 oktyabr tarixli sənəd layihəsində Ağ Ev hüquqşünasları təkid edirlər ki, Trampın 2019-cu ildə ilk səlahiyyət müddətində qəbul edilmiş qanun avtomatik ödənişi nəzərdə tutmur, üstəlik, hər hansı ödəniş ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ