İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml üçün kabus davam edir: Rusiya bir gündə bu qədər İTKİ VERDİ - FOTO

Rusiya ordusu cəbhədə ciddi itkilər verməkdə davam edir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 2025-ci il oktyabrın 8-nə olan statistik məlumatları açıqlayıb.

Musavat.com “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, son sutkada Ukrayna müdafiəçiləri təxminən 1010 rus hərbçisini məhv ediblər.

Məlumata əsasən, 24 fevral 2022-ci ildən bu günə qədər Rusiya ordusunun ümumi itkiləri 1 milyon 118 min 370 nəfər təşkil edib.

Bundan başqa, Rusiya ordusunun ümumi itkiləri belədir:

11 240 tank (+2)

23 324 zirehli döyüş maşını (+5)

33 519 artilleriya sistemi (+26)

1 517 reaktiv yaylım atəşi sistemi (+1)

1 225 hava hücumundan müdafiə sistemi (+1)

Rusiya aviasiyasının itkiləri isə 427 təyyarə və 346 helikopter olaraq qalır.

Son sutkada daha 401 pilotsuz uçuş aparatı məhv edilib, ümumi say 67 965-ə çatıb.

Həmçinin 3 841 qanadlı raket, 28 gəmi və qayıq, eləcə də 1 sualtı qayıq sıradan çıxarılıb.

Rusiya qoşunlarının logistik itkiləri də artmaqdadır:

63 650 avtomobil və yanacaq tankeri (+75)

3 973 xüsusi texnika

Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təşəbbüsü ələ alıb və düşmən mövqelərinə dəqiq zərbələr endirməklə Rusiya ordusuna böyük zərər vurur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR