İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: İrem Derici SAXLANILDI

İstanbul Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində 38 yaşlı məşhur türkiyəli müğənni İrem Derici saxlanılıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, jandarma əməkdaşları müğənnini Şişli rayonundakı evində həbs ediblər.

İrem Dericinin vəkili Ayşegül Mermer müğənninin saxlanıldığını təsdiqləyib.

“Müvəkkilim İrem Derici ilə ifadə vermək üçün jandarma bölməsinə gedirik. Hazırda bizə işin məzmunu və ya mövzusu barədə rəsmi məlumat təqdim olunmayıb. Proses dəqiqləşdikcə ictimaiyyətə əlavə məlumat veriləcək”.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR