İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ölkələrinin səfirləri bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Brüsseldəki səfirləri bu gün Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin dərc etdiyi iclasın gündəliyində qeyd edilib.

Daimi nümayəndələr Aİ Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən sənədlərin ilkin razılaşdırılmasını həyata keçirirlər.

Qeyd edək ki, Macarıstan və Slovakiya yeni sanksiyalar paketinin qəbul edilməsinə qarşı çıxır və 2027-ci ildən Rusiyadan mayeləşdirilmiş təbii qaz alışına qoyulan qadağanın yumşaldılmasını təklif edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR