İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Rusiya neftindən İMTİNA EDİR

Tayvanın özəl neft emalı zavodları Avropa İttifaqının tələbi ilə Rusiya neftinin alınmasını dayandırmağa hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Tayvanın iqtisadiyyat naziri Qun Min-sin bildirib.

Oktyabrın əvvəlində bir qrup ətraf mühit təşkilatı bu ilin ilk altı ayında Tayvanın Rusiya neftinin dünyada aparıcı alıcısı olduğunu açıqlayan araşdırma dərc edib. Hesabatda göstərilir ki, Rusiya neftindən təmizlənmiş məhsullar, həmçinin Qərbi Avropa ölkələrinə də ixrac olunur ki, bu ölkələr Rusiya mədən sənayesinə qarşı sanksiyaları dəstəkləyir.

Hesablamalara görə, Rusiya altı ay ərzində Tayvana 1,3 milyard dollar dəyərində neft verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR