İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda sülhə qarşı gizli müqavimət - İrəvan indi də bu bəhanəni gətirir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı son proseslər barədə danışıb. O, bir sıra diqqətçəkən iddialar səsləndirib.

Mirzoyan bildirib ki, guya Azərbaycan sülh sazişinin imzalanması üçün "əlavə şərtlər" irəli sürür:

“Biz sənədi imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”.

Bununla yanaşı, Mirzoyan Azərbaycanın hansı konkret şərtləri irəli sürdüyü barədə "heç bir açıqlama verməyib" Onun bu mövzuda susqunluğu suallar doğurur: Ermənistanın etiraz etdiyi “əlavə şərtlər” nədən ibarətdir? Və ən əsası — Mirzoyan avqustun 8-dən sonra ilk dəfə bu məsələyə məhz indi, yəni regionda diplomatik dinamika yenidən artdığı bir vaxtda niyə toxunur?

Bu suallar, görünür, həm Ermənistanın daxili siyasi vəziyyəti, həm də Qərb platformalarında aparılan danışıqlarda yaranan yeni balanslarla bağlıdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı dəyişikliklərdən danışıb və bir sıra məsələlərə toxunub.

Mirzoyan eyni zamanda bəyan edib ki, guya Azərbaycan əlavə şərtlər irəli sürür: “Biz onu imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”.

Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü əlavə şərtlər haqda danışmayıb. Ermənistanın razı olmadığı bu şərtlər nədən ibarətdir? Maraqlıdır, erməni nazir bu haqda avqustun 8-dən sonra ilk dəfə niyə məhz indi danışır?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın Ermənistan qarşısında iki əsas şərti var idi:

ATƏT-in Minsk qrupunun ləğvi və ölkəmizin ərazi bütövlüyünə qarşı konstitusiyalarında yer alan müddəaların dəyişdirilməsi.

“Məlumdur ki, o şərtlərdən biri yerinə yetirildi. Hər iki tərəf ATƏT-ə müraciət edərək münaqişənin bitdiyini və Minsk qrupuna ehtiyac qalmadığını bildirdilər. ATƏT-də bu müraciəti haqlı hesab edib Minsk qrupunu buraxdı. Hazırda Azərbaycanın yerinə yetirilməyən yeganə şərti qalıb: Ermənistan Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünü heçə sayan müddəaların ləğvi. Görünür, Mirzoyan İrəvanın bu tələbi yerinə yetirmək istəmədiyini vurğulamaq istəyir. Halbuki, Paşinyanın özünün də dəfələrlə səsləndirdiyi fikirlərdə real və xəyali Ermənistan barədə danışmış, dolayısıyla ermənilərin başqa dövlətlərin ərazilərinə iddia etməsini sülhə xidmət etməyən müddəa kimi göstərmişdi. Elədirsə, İrəvan zəhmət çəkib öz konstitusiyasını mənasız və çürük müddəalardan təmizləməli, ondan sonra Azərbaycanın qarşısına çıxıb sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirməlidir. Yoxsa, mənim ərazilərimə açıq şəkildə iddia et, sonra da özünü dünyaya sülh göyərçini kimi tanıt, bu ciliz şoularla ermənilər özlərindən başqa heç kimi aldada bilməzlər. Nəticədə sülh müqaviləsi bağlanmaz, İrəvan Cənubi Qafqazda yaranmış sülh şəraitindən faydalanmaq imkanını əldən verər, Türkiyə, Cənubi və Şimali Azərbaycan arasında sıxışıb qalmış “ada” dövləti statusunu dəyişdir bilməz, nəticədə bir millət kimi tarix səhnəsindəki qırılğan mövqeyini daha da pisləşdirər”.

Rəsmi İrəvanın Azərbaycanın legitim tələblərini yerinə yetirməməsinin iki başlıca səbəbi olduğuna inanan siyasi şərhçinin fikrincə, bunlardan biri beyni zəhərli fikirlərlə korlanmış erməni xalqının etirazlarından qorxmasıdır: “İrəvan hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasının real göstəricisi olan Konstitusiya dəyişikliyi xarici güc mərkəzlərinin əlində oyuncağa çevrilən erməni ictimaiyyətinin onun üstünə qaldırılması üçün bəhanəyə çevrilir. Xarici güc mərkəzləri, xüsusilə də Rusiya və İran bu amildən istifadə edib Paşinyan hakimiyyətini devirə və özlərinə uyğun komandanı iqtidara gətirə bilərlər.

Digər başlıca səbəb isə uzağa hesablanmış erməni məkridir. İrəvan bu cür bəyanatlarla sanki Azərbaycanın əleyhinə köklənmiş xarici güc mərkəzlərinin diqqətini özünə çəkmək istəyir və “sizin Türk dünyasına qarşı siyasətinizin aləti olmağa hazıram, mənə görə bir qulluğunuz?” mesajı verir. Anlamaq istəmir ki, onun-bunun əlində alət olmağı özünün həyat kredosuna çevirənlər tarix səhnəsində çox qala bilmir və öz məkrli əməllərinin ağır bədəllərini ödəmək məcburiyyətində qalırlar. 200 illik erməni tarixi bunun ən bariz nümunəsidir”.

Heydər Oğuz onu da vurğulayıb ki, Azərbaycan tərəfinin Konstitusiya dəyişikliyi tələbinin hüquqi bazası olduğu kimi, tarixi əsası da var: “Məlumdur ki, tam 16 il bundan əvvəl - 2009-cu ilin oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan rəsmiləri arasında münasibətlərin normallaşması barədə protokollar imzalanmışdı. Protokollarda rəsmi diplomatik münasibətlərin qurulması, 1993-cü ildən bağlı olan Türkiyə-Ermənistan sərhədinin açılması, uydurma “erməni soyqırımı” ilə bağlı birgə tarix komissiyasının yaradılması kimi müddəalar öz əksini tapmışdı. İsveçrə, ABŞ, Avropa İttifaqı, Fransa və Rusiyanın vasitəçiliyi ilə imzalanan bu sənədlər uzun müzakirələrdən sonra Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunmuşdu. Bəhanələri isə protokolların Ermənistan Konstitusiyasına uyğun gəlməməsi idi. Halbuki, həmin protokollar da Ermənistan və Türkiyə rəsmiləri tərəfindən paraflanmışdı. Eynilə 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan rəsmiləri tərəfindən sülh müqaviləsi kimi. Sürix protokollarının taleyi bir daha sübut edir ki, ermənilərin ipinin üstünə odun yığılası deyil. Bənzər hadisənin bir daha təkrarlanmaması üçün Ermənistan Konstitusiyası sülh müqaviləsindən öncə dəyişdirilməlidir ki, İrəvan yenə öz kağız parçalarına, arxaik dillə desək, bir ovuc pitiklərinə istinad edib yenə eyni tamaşanı oynaya bilməsinlər”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR