Onlayn ictimai-siyasi qəzet
HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma çərçivəsində 250-si ömürlük həbs cəzası çəkən 2000-ə yaxın fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.
Musavat.com xəbər verir ki, məlumatı HƏMAS sözçüsü, Hərəkata yaxın olan "Maan" xəbər agentliyi yayıb. Bildirilir ki, "sazişin birinci mərhələsində bir partiyada 20 girov azad ediləcək. Bunun müqabilində işğalçı İsrail hakimiyyəti 250-si ömürlük həbs cəzası çəkən 2000-dən çox fələstinli məhbusu azad edəcək".
Əlavə edilib ki, azad ediləcək fələstinlilər qrupuna 2023-cü ilin oktyabrında “Qəzza müharibəsi başlayandan bəri həbsdə olan 1700 nəfər” daxildir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ