İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Nobel mükafatı qazana bilər - Azərbaycana görə...

Maltanın baş nazirin müavini və xarici işlər naziri Yan Borq ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

Musavat.com xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına verdiyi töhfəyə görə ABŞ liderini Nobel mükafatçısı olmağa layiq hesab edib.

Borg qeyd edib ki, 2024-cü ildə ATƏT-in fəaliyyətdə olan sədri kimi sülh danışıqlarında iştirak edib və bu yay ABŞ prezidentinin sayəsində razılaşma əldə olunub.

O, Trampa namizədliklə bağlı məktubu şəxsən təqdim etdiyini bildirib və onu həm Yaxın Şərqdə, həm də Ukraynada sülh səylərini davam etdirməyə çağırıb.

Nobel Sülh Mükafatının qalibi 10 oktyabrda Osloda elan ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR