İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır

Azərbaycan MDB daxilində dialoqun və ortaq tərəqqinin tərəfdarı olaraq qalır.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov özünün "X" hesabında yazıb.

Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı barədə məlumat paylaşan nazir bildirib ki, o, Azərbaycanın MDB daxilində mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiq edib:

"III MDB Oyunlarının uğurla keçirilməsini, Laçının 2025-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı statusunu, artan ticarət əlaqələrini, terrorizm və transmilli cinayətkarlığa qarşı birgə fəaliyyətin zəruriliyini vurğuladım", - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR