İnsanlara hürriyət, millətlərə istiqlal!

Xroniki yorğunluq sindromunu aşkar edən ilk qan testi hazırlandı

Böyük Britaniyada aparılan yeni tədqiqat nəticəsində alimlər xroniki yorğunluq sindromunu (CFS/ME) müəyyən edən ilk qan analizini hazırlayıblar.

Musavat.com xəbər verir ki, bu xəstəliyin diaqnostikası indiyədək yalnız simptomlara əsaslanırdı ki, bu da diaqnozun illərlə gecikməsinə səbəb olurdu. Yeni test isə xəstəliyin bioloji əsasını birbaşa göstərə bilir.

Şərqi Angliya Universitetinin Tibb Məktəbinin professoru Dmitri Pşejeçki bildirib:

“Bəzi pasiyentlər şikayətlənirdilər ki, onları sadəcə ‘xəyal xəstəsi’ adlandırırdılar. Bizim tapıntımız bu xəstəliyin mövcudluğunu sadə və dəqiq qan analizi ilə təsdiqləməyə imkan verir”.

Tədqiqat Oxford Biodynamics şirkəti ilə birgə həyata keçirilib. Alimlər 47 ağır CFS xəstəsi və 61 sağlam insanın DNT-sinin bükülmə xüsusiyyətlərini müqayisə ediblər.

Yeni qan testi 92% həssaslıq və 98% spesifiklik göstərib ki, bu da diaqnostikanın yüksək dəqiqliklə aparıla biləcəyini sübut edir.

Elm ictimaiyyəti bu nəticəni xroniki yorğunluğun yalnız subyektiv simptomlarla deyil, real bioloji əsaslarla da izah oluna biləcəyinin mühüm sübutu kimi qiymətləndirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR