Onlayn ictimai-siyasi qəzet
Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Rayon prokurorluğundan Musavat.com-a verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ