Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq alimlər qrupu Parkinson xəstəliyinə qarşı inqilabi kəşf ediblər.
Musavat.сom xəbər verir ki, "ScienceDaily" və JACS Au-nun məlumatına görə, tədqiqatçılar bu xəstəliyin inkişafını dayandıra biləcək yeni molekul hazırlayıblar.
Alimlərin açıqlamasına görə, kəşf alfa-sinuklein adlı zülalın toksik yığınlarını hədəfləyir. Məhz bu zülal sinir hüceyrələrində toplanaraq onların məhv olmasına səbəb olur, nəticədə titrəmə, əzələ sərtliyi və hərəkət çətinliyi kimi simptomlar yaranır.
Yeni yaradılmış peptid zülalın normal formasını qoruyur və təhlükəli çökmələrin qarşısını alır. Laboratoriya eksperimentləri göstərib ki, bu molekul sinir hüceyrələrini qorumaqda yüksək effektivliyə malikdir.
Tədqiqatçılar bildirirlər ki, bu, Parkinson xəstəliyinin mexanizmini dayandıra biləcək real dərmana doğru ilk ciddi addımdir. Növbəti mərhələdə molekulun heyvanlar və insanlarda klinik sınaqları planlaşdırılır.
Parkinson hazırda milyonlarla insana təsir edən və tam müalicəsi olmayan bir xəstəlikdir. Yeni peptid isə xəstəliyin gedişatını kökündən dəyişə biləcək ümidverici bir elmi irəliləyiş kimi qiymətləndirilir.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ