İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotikə görə saxlanılan aktrisadan açıqlama

 
Türkiyədə "Qadağan olunmuş maddələrdən istifadə" ittihamı ilə məşhurları hədəf alan əməliyyatda saxlanılan və daha sonra sərbəst buraxılan aktrisa Birce Akalay ilk açıqlamasını verib.
 
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Birce Akalay yaşadıqlarının ona mənfi təsir etdiyini bildirib.
 
"Həyatım boyu başımı aşağı salacaq bir şey etməmişəm. Sevgiləri və inancları ilə zəng edən, mesaj yazan, varlığını xatırladan bütün dostlarıma, iş yoldaşlarıma, sevdiklərimə təşəkkür edirəm. Bu hadisə məni çox kədərləndirdi, amma yaxşıyam, həmişə də belə qalacağam", - aktrisa qeyd edib.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR