İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada keşişə sosial şəbəkələrdə əzələlərini nümayiş etdirmək qadağan edildi

İtaliyada 32 yaşlı katolik keşiş Alberto Ravaniani sosial şəbəkələrdə idmanla bağlı aktiv paylaşımlar etdiyinə görə kilsə rəhbərliyi tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulub.

Musavat.com xəbər verir ki, gənc ruhanı həm kilsədə xidmət edir, həm də aktiv şəkildə idmanla məşğul olur. O, özünü “idman zalında keşiş” adlandırır və hesab edir ki, fiziki məşqlər “bədənə, düşüncəyə və ruha müsbət təsir edir”.

“Dostlar, dua etmək kifayət deyil! Müqəddəs olmaqla yanaşı, sağlam da olmaq lazımdır,” – deyə Ravaniani bildirib. 

Lakin onun idman zalında çəkilmiş fotoları və bədən quruluşunu nümayiş etdirən paylaşımları sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bəzi istifadəçilər keşişin görünüşünün onları “günaha saldığını” yazıb:

“Sizə baxanda günah işlətdim, ata”. 
“Padré, şəhərimdə gözəl çimərliklər var, bəlkə orda da qaçasınız?”

Bu vəziyyət Milan arxiyepiskopu Mario Delpini və kilsə rəhbərliyinin narazılığına səbəb olub. Onlar Ravanianidən internetdə fəaliyyətini məhdudlaşdırmağı və mayka əvəzinə kilsə geyimində görünməyi tələb ediblər. 

29f56058-0a93-490a-a25d-bf1233a030e9.jpeg (94 KB)

Hadisə İtaliyada kilsənin müasir sosial media trendlərinə münasibəti ilə bağlı müzakirələrə səbəb olub. Bəzi katoliklər keşişin gənclərlə əlaqə qurmaq üçün doğru üsul seçdiyini düşünür, bəziləri isə bunu dini nüfuza zərbə kimi qiymətləndirir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR