Onlayn ictimai-siyasi qəzet
Telegram sosial mediasının qurucusu Pavel Durov 41-ci ad günündə bəyan edib ki, bəşəriyyət əvvəlki nəsillərin yaratdığı pulsuz interneti xilas etmək üçün vaxt itirir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Durov istifadəçiləri rəqəmsal azadlığın gələcəyini düşünməyə çağıran bir bəyanat yayıb.
O qeyd edib ki, bir vaxtlar azad informasiya mübadiləsi məkanı kimi təsəvvür edilən internet getdikcə nəzarət alətinə çevrilir. Onun sözlərinə görə, bir vaxtlar açıq və demokratik ölkələr – Almaniya, Böyük Britaniya və Fransa getdikcə daha çox anti-utopiyanı xatırladan tədbirlər tətbiq edirlər.
Durov mesajında indiki nəslin əsl azadlıqların nə olduğunu bilən və onların əlindən alınmasına icazə verən sonuncu nəsl ola biləcəyini vurğulayıb.
O öz səhifəsində yazıb: "Ona görə də, yox, mən bu gün ad günümü qeyd etməyəcəyəm. Vaxtım tükənir. Vaxtımız daralır".
Durov hazırda Fransada istintaq altındadır. O, hakimiyyət orqanları tərəfindən tələb olunan məlumatları təqdim etməkdən imtinada və haker proqram təminatının yayılmasında iştirakda ittiham olunur.
Telegram əvvəllər Rusiya kəşfiyyat orqanları ilə əməkdaşlıqda şübhəli bilinsə də, şirkət bu ittihamları tamamilə rədd edib.
Musavat.com
11 Oktyabr 2025
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ