Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiyanın Bakıdakı səfirliyinin əməkdaşları “Sputnik Azərbaycan” redaksiyasının rəhbəri İqor Kartavıxla görüşüblər.
Musavat.com xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Kartavıx bir neçə gün əvvəl ev dustaqlığına keçirilmişdi və bu müddət ərzində Rusiya diplomatları onunla mütəmadi əlaqədə olublar.
“Bütün bu vaxt ərzində rus diplomatları onunla təmasda idilər, sağlamlıq vəziyyətini nəzərə alaraq zəruri yardımı göstərirdilər. Bu prosesdə Azərbaycan tərəfi də əməkdaşlıq edib,” – deyə Zaxarova vurğulayıb.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ