İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda xaricə qanunsuz miqrasiya vədi ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 33 yaşlı Vüsal Quliyev məsuliyyətə cəlb edilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs bir vətəndaşı xarici ölkə ərazisinə qanunsuz yolla keçirəcəyini vəd etməklə, ona qarşı dələduzluq törədib və 1 800 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR