Onlayn ictimai-siyasi qəzet
Bərdədə zəncirvari avtomobil qəzası qeydə alınıb. Hadisə rayonun Otuzikilər kəndi ərazisində baş verib.
İlkin məlumata görə, “Xəzər”, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan və ya ölən şəxslərin olub-olmaması barədə hələlik məlumat yoxdur.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Ajans.az
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ