Onlayn ictimai-siyasi qəzet
Bu gün saat 00:15 radələrində Ağstafa rayonu Köçvəlili kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.
Musavat.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib".
Qeyd edilib ki, oktyabrın 7-də 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib.
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ