İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan "Tramp marşrutu" ilə bağlı AÇIQLAMA

"Tramp marşrutu" (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) Ermənistana MDB ölkələri ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək.

Musavat.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Düşənbədə keçirilən MDB sammitində bildirib.

"Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra sülh bərqərar olub. "Tramp marşrutu" Ermənistana MDB-yə üzv dövlətlər ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Bu, MDB çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyə və Birlik üçün yeni ixrac və idxal imkanları açaraq təşkilatın səmərəliliyini artırmağa imkan verəcək", - deyə o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR