İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Şəfiyev: Mərkəzi Asiya ilə əməkdaşlıq "6" formatında davam etdirilməlidir

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq "5+1" formatı yerinə, "6" formatı şəklində davam etdirilməlidir.

Musavat.com xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Türkmənistanın Azərbaycana hədiyyəsi olan məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

Fərid Şəfiyev Azərbaycanın artıq Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı "5+1" formatı yerinə, "6" formatı şəklində davam etdirməyin vaxtının çatdığını qeyd edib.

Türkmənistanın bir gün Türk Dövlətləri Təşkilatının da üzvü olacağına ümid etdiyini bildirən BMTM sədri rəsmi Aşqabadın neytrallıq statusunun beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə mane olmayacağını vurğulayıb.

“Ümid edirəm ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq həm də beynəlxalq platformalar çərçivəsində inkişaf edəcək”, - Fərid Şəfiyev bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR