Onlayn ictimai-siyasi qəzet
Pakistan təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, Əfqanıstan sərhədi yaxınlığında silahlıların hücumu nəticəsində azı 11 pakistanlı hərbçi həyatını itirib.
Musavat.com xəbər verir ki, ölənlər arasında 9 sıravi əsgər və 2 zabit olduğu bildirilib.
Rəsmi açıqlamada qeyd olunur ki, Pakistan hərbçiləri silahlılar tərəfindən pusquya salınıb.
"Taliban"ın rəhbərlik etdiyi Əfqanıstan hökuməti isə Pakistanı hava məkanını pozmaqda ittiham edib. "Taliban"ın bəyanatında iddia olunur ki, Pakistan qüvvələri təxminən 2600 kilometr uzanan şərti sərhəd olan Durand xətti yaxınlığındakı bazara zərbələr endirib.
Kabil bu hərəkəti “qəti şəkildə pisləyib” və “Əfqanıstanın ərazi bütövlüyünü müdafiə etməyə” hazır olduğunu vurğulayıb.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ