Onlayn ictimai-siyasi qəzet
Rusiyanın bir sıra Telegram kanallarının yaydığı məlumata görə, Rusiyada həbsdə olan “Satira Teatrı”nın sabiq direktoru Məmmədəli Ağayev azadlığa buraxılıb.
Musavat.com-un məlumatına görə mənbələr bildirir ki, bu qərar Bakıda “Sputnik Azərbaycan” redaksiyasının rəhbəri İqor Kartavıxın ev dustaqlığına keçirilməsindən sonra qarşılıqlı addım kimi atılıb.
Lakin daha ciddi fiqurların, birbaşa diasporamıza aid olan və müəmmalı səbəblərlə tutulan şəxslərin azad edilməsi gözlənilir.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ