İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Qəzzada sülh planının icrasının monitorinqində iştirak edəcək

Türkiyə ABŞ, Qətər və Misirlə birlikdə Qəzzada atəşkəs razılaşmasını izləyəcək və vasitəçilik səylərini davam etdirəcək işçi qrupuna qoşulacaq.

Musavat.com xəbər verir bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza ilə bağlı toplantının keçirildiyi Parisdə Türkiyə mətbuatına deyib: "Prezidentimizin daha əvvəl qeyd etdiyi işçi qrupu qəbul edilmiş planın (Qəzzada nizamlanma üçün-red.) həyata keçirilməsi ilə bağlıdır. Müqavilə ABŞ, Misir, Türkiyə və Qətərdən ibarət qrupun razılaşdırılmış məsələlərin monitorinqində iştirakını və vasitəçilik funksiyasını yerinə yetirməsini xüsusi şərtləndirən bənddən ibarətdir. O, hər iki tərəflə - Fələstinlilər və israillilər ilə məsələləri müzakirə edəcək; Müqavilənin müvafiq maddələrinin həyata keçirilməsində öhdəliklər var”.

Xarici işlər naziri dəqiqləşdirib ki, “hazırda qrupun əvvəlcədən müəyyən edilmiş öhdəlikləri yoxdur”. O əlavə edib ki, “müqavilənin icrası zamanı problemlər yaranarsa, bu qrup praktiki həll yollarının tapılması işinə qoşulacaq”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR