İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada Mirage təyyarələrini “qanadlı tabut” kimi təsvir edən dörd nəfər həbs ediləcək

Fransada dörd moldovalı vətəndaş hərbi təyyarələri məsxərəyə qoyan qrafiti çəkdiklərinə görə həbs olunacaq.

Musavat.com xəbər verir ki, onlar ölkənin “Mirage” tipli döyüş təyyarələrini “qanadlı tabutlar” kimi təsvir edən rəsmlər çəkiblər. Hadisə ilə bağlı məlumatı Fransa mətbuatı yayıb.

Prokurorluq həmin şəxsləri “milli müdafiəyə zərər vurmaqda” ittiham edib. Bu maddə üzrə 5 ilədək azadlıqdan məhrumetmə və 75 min avro məbləğində cərimə nəzərdə tutulur.

İstintaqın məlumatına görə, qrafitilərdə Fransa ordusunun simvolik aviasiya texnikası alçaldıcı şəkildə təsvir olunub və bu, dövlətin müdafiə qabiliyyətinə qarşı təxribat kimi qiymətləndirilib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR