İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya qarşı təzyiqləri artırırıq - Tramp

ABŞ və ümumilikdə Qərb Ukrayna böhranının həlli üçün Rusiyaya təzyiqləri artırır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib: "Bəli, biz təzyiqləri artırırıq. Biz təzyiqləri birlikdə artırırıq. NATO çox gözəl iş görür”.

Tramp həmçinin ABŞ-ın “NATO-ya silah satdığını, ehtimal ki, bu silahların daha çox Ukraynaya getdiyini” qeyd edib: "Bu, onların (NATO ölkələrinin-red.) qərarıdır, lakin onlar ABŞ-dan silah alırlar".

ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ehtimalını yüksək qiymətləndirib. Bununla belə, onun fikrincə, Ukrayna və Rusiya tezliklə danışıqlar masasına oturacaqlar.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR