İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi Trampın şirkətində fırıldaqçılığı araşdıran prokurora qarşı cinayət işi qaldırdı

ABŞ Ədliyyə Nazirliyi 2022-ci ildə ABŞ prezidenti Donald Trampın istintaqına rəhbərlik edən Nyu-Yorkun baş prokuroru Letitia Ceymsə qarşı cinayət işi qaldırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nazirlik prokuroru bank fırıldaqçılığında ittiham edir. Məhkəməyə təqdim olunan sənəddə göstərilir ki, böyük münsiflər heyəti Ceymsi ittiham etmək üçün səlahiyyətlilər tərəfindən təqdim edilən kifayət qədər sübut tapıb. İttihamlar onun Virciniya ştatında ev almaq üçün götürdüyü ipoteka ilə bağlıdır. Ceymsin evdə yaşayacağını göstərməklə əlverişli kredit şərtləri ala bildiyi iddia edilir. Sənədə görə, əslində, o, evi icarəyə verib.

Ceyms fırıldaqçılıqda və maliyyə institutuna yalan məlumat verməkdə ittiham olunur. Baş prokurorun oktyabrın 24-də Virciniya ştatında məhkəmə qarşısına çıxması planlaşdırılır. Əgər təqsirli bilinərsə, Ceymsi 30 ilədək həbs cəzası və 1 milyon dollara qədər cərimə gözləyir.

Baş prokuror isə ona qarşı irəli sürülən dələduzluq ittihamlarını əsassız adlandırıb və ABŞ prezidenti Donald Trampı nəyin bahasına olursa-olsun qisas almaqda ittiham edib: "Bu iddialar əsassızdır. Prezidentin ictimai bəyanatları açıq şəkildə göstərir ki, onun yeganə məqsədi nəyin bahasına olursa-olsun siyasi qisasdır. Prezidentin hərəkətləri konstitusiya quruluşumuzun ciddi şəkildə pozulmasıdır və hər iki partiyanın üzvləri tərəfindən kəskin tənqid olunmalıdır". Ceyms əmindir ki, həm Demokratlar, həm də Respublikaçılar partiyalarının liderləri “ABŞ hüquq sisteminin bu açıq-aşkar təhrifinə qarşı çıxış etməlidirlər”.

Baş prokuror əlavə edib ki, onun 2022-ci ildə Trampa qarşı açdığı iddia “siyasətə deyil, faktlara və dəlillərə əsaslanıb”.

Xatırladaq ki, 2022-ci ildə Ceyms Amerikanın hazırkı liderini Trump Group aktivlərini qiymətləndirərkən fırıldaqçılığa yol verməkdə ittiham edib. 2024-cü ilin fevralında Nyu York məhkəməsi Trampı 454 milyon dollar ödəməyə məcbur edib. O, işin siyasi motivli olduğunu vurğulayaraq, 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərindəki qələbəsindən sonra işə xitam verilməsini tələb edib. Bu ilin avqustunda Apellyasiya Məhkəməsi cəriməni həddindən artıq hesab edib və onu ləğv edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR