Onlayn ictimai-siyasi qəzet
İndoneziya hökuməti israilli idmançıların qarşıdan gələn idman gimnastikası üzrə dünya çempionatında iştirakını qadağan etmək qərarına gəlib.
Musavat.com Associated Press agentliyinə istinadən xəbər verir ki, nəticədə israilli gimnastlara viza verilməyib.
Çempionatda iştirak etmək üçün müraciət edən 86 ölkə arasında İsrail də var.
Oktyabrın 19-dan 25-dək keçiriləcək dünya çempionatına Rusiya və Belarusdan olan gimnastlar buraxılıb. Onlar neytral bayraq altında mübarizə aparacaqlar.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ