İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Əliyev görüşünə Ukraynadan münasibət  – "Kiyevin gözü" Düşənbədə nələri gördü

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiya prezidenti Vladimir Putinin İlham Əliyevdən üzr istəməsini “diplomatik jest deyil, simvolik kapitulyasiya” adlandırıb.

Musavat.com xəbər verir ki, Kovalenkonun sözlərinə görə, Moskva on ay ərzində AZAL təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti inkar edib, “pis hava şəraiti”, “quşlarla toqquşma” və “texniki nasazlıq” kimi versiyalar irəli sürüb. Lakin Bakının qəti və ardıcıl təzyiqi nəticəsində Kreml ilk dəfə açıq şəkildə etiraf etməyə məcbur qalıb ki, təyyarə Rusiya HHM sistemlərinin raketləri ilə vurulub.

Ukraynalı ekspert qeyd edib ki, bu etiraf həm də Rusiyanın zəiflədiyinin göstəricisidir:

“Ukraynaya qarşı müharibə Moskvanı ciddi şəkildə sarsıtdı. İndi Rusiya nə Azərbaycanla, nə də Türkiyə ilə qarşıdurma aparmaq gücündədir.”

Kovalenko vurğulayıb ki, Kremlin media və diaspor üzərindən Bakıya təzyiq cəhdləri uğursuzluğa düçar olub:

“İmperiya təkəbbürü dövrü başa çatdı. Rusiya artıq təsir mərkəzi deyil, bir vaxtlar ‘kiçik qardaşlar’ adlandırdığı ölkələrin fikri ilə hesablaşmaq məcburiyyətində qalan zəif oyunçudur.”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR