İnsanlara hürriyət, millətlərə istiqlal!

7,4 bal gücündə zəlzələ oldu - Bu ölkədə

Filippin sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.

Musavat.com xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin maqnitudası 7,4 olub.

Yeraltı təkanların episentri Davao şəhəri yaxınlığında, Manay əyalətindən təxminən 18 kilometr məsafədə yerləşib. Seysmoloji məlumatlara əsasən, zəlzələ 53 kilometr dərinlikdə baş verib.

Hadisədən sonra Filippin Seysmologiya Agentliyi sahil bölgələrində yaşayan əhalini ehtiyatlı olmağa çağıraraq, sunami riski barədə xəbərdarlıq yayıb. Rəsmilər vəziyyəti nəzarətdə saxladıqlarını və ehtiyac yaranarsa, təxliyə planlarının həyata keçiriləcəyini bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2025

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR