Onlayn ictimai-siyasi qəzet
Energetika sektoru Rusiya ilə Ukrayna arasındakı müharibənin başa çatdırılmasında əsas rol oynaya bilər.
"Report" xəbər verir ki, bunu ABŞ-nin daxili işlər naziri Duqlas Berqam Ağ Evdə keçirilən hökumət kabinetinin iclasında ABŞ Prezidenti Donald Trampa müraciət edərkən deyib.
"Energetika bu məsələdə açar rol oynayacaq. İndi isə (İsrail və Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan – red.) bu tarixi razılaşmadan sonra biz elə bir mövqedəyik ki, Yaxın Şərqlə birgə işləyərək Rusiya-Ukrayna müharibəsinə də son qoya bilərik", – Berqam vurğulayıb.
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ