İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş baş nazir texnologiya nəhənginə baş məsləhətçilik edəcək

Böyük Britaniyanın keçmiş baş naziri (2022-2024) Rişi Sunak Microsoft-un baş məsləhətçisi olub.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın müstəqil hökumət orqanı olan Biznes Təyinatları üzrə Məsləhət Komitəsi yayıb. Komitə istefa verdikdən sonra iki il ərzində kabinetin statusunun gözdən salınmasının qarşısını almaq üçün hökumətin keçmiş üzvlərinin fəaliyyətinə nəzarət edir.

Qeyd olunur ki, 45 yaşlı Sunak ştatdankənar məsləhətçi kimi çalışacaq və maaşını uşaqların riyazi qabiliyyətlərinin inkişafına kömək edən xeyriyyə təşkilatı The Richmond Project-ə bağışlayacaq. O, həmçinin Claude chatbotunu hazırlayan Amerikanın Anthropic texnologiya şirkətinin məsləhətçisi olub.

İyul ayında Sunak 2000-2004-cü illərdə çalışdığı Amerika investisiya bankı Goldman Sachs-a baş məsləhətçi kimi qatılıb. Yanvar ayında keçmiş baş nazir Kaliforniyanın Stenford Universitetinin Hoover İnstitutunda qonaq mühazirəçi və Oksford Universitetinin Leonard Blavatnik adına Hökumət Məktəbində əməkdaş kimi çalışıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR