İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyanı NATO-dan qovmaq lazımdır – Tramp  

Ağ Evdə Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşən ABŞ prezidenti Donald Tramp bir sıra açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırarkən Rusiyanın Finlandiyaya hücumu təhlükəsinin olduğuna inanmadığını, lakin ABŞ-ın NATO müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib.

Tramp həmçinin İspaniyanın müdafiə xərclərini artırmaqdan imtina etməsindən narazılığını bildirinb. O, qeyd edib ki, İspaniya, “açıq desəm, yəqin ki, aşağı hərbi xərclərinə görə NATO-dan çıxarılmalıdır”.

Eyi zamanda Tramp bəyan edib ki, ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmaq niyyətində deyil, lakin regionda “hərbi qüvvələrinin dislokasiyasında dəyişiklik oluna” bilər. Bununla belə, onun sözlərinə görə, ABŞ öz qüvvələrinin Avropada hər hansı böyük yerdəyişməsini planlaşdırmır.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR