İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir nəvəsinə onun adını verəcək

Müğənni Nadir Qafarzadə doğulacaq nəvəsindən danışıb.

Sənətçi bu haqda "Qonaqcanlı" verilişində sualları cavablandırıb. Nəvəsinin cinsiyyətini açıqlayan Nadir onun oğlan olacağını deyib:

"Oğul da, qız da lazımdır. Fərqi yoxdur, Allah xeyirli övlad qismət etsin. Əgər insanın övladı naxələfdirsə, heç olmasa yaxşıdır. Nəvəmə ad qoymağı övladlarımın ixtiyarına buraxmışam. Onların uşağıdır, mənim yox. Onlar mənə məsləhət etdilər, sonda qərar verdik ki, ulu babamızın adı olsun: Qafar Qafarzadə".

Qeyd edək ki, N.Qafarzadənin iki oğul övladı var. Onun böyük oğlu Loğman bu yaxınlarda ata olacaq. (axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR