İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşənbədə tarix yazıldı-İlham Əliyev - Putin görüşü...

Bu gün Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında keçirilən görüş və aparılmış müzakirələr ikitərəfli münasibətlərin tam normal məcraya yönəldiyini göstərdi. Xüsusilə, Kreml sahibinin məlum açıqlamaları təyyarə insidenti ilə bağlı məsələlərin həll olunduğunu deməyə əsas verir.

Bu görüş Azərbaycanla Rusiya arasında münasibətləri pozmağa və xələl gətirməyə çalışan qüvvələrin, xüsusilə, Simonyan, Solovyov, Zatulin və digər bu kimi ermənipərəstləri xəyal qırıqlığına uğratdı.

Dövlətlər arasında son bir ilə yaxın müddətdə davam edən gərginlikdə Azərbaycanı ən çox narahat edən əsas məsələlərdən biri də Rusiyada anti-Azərbaycan və ermənipərəst qüvvələrin ölkəmizə qarşı məqsədyönlü fəaliyyəti idi. Putin media qarşısında verdiyi açıqlamalarla həm də bu məsələyə aydınlıq gətirdi.

"Düşənbədə keçirilən Əliyev–Putin görüşü Azərbaycan və Rusiya arasında münasibətlərin tam normallaşması istiqamətində dönüş nöqtəsi oldu. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə bağlı bir daha üzr istədi, məsuliyyətin paylaşılmasına dair açıqlama verdi və hadisəyə görə kompensasiya ödənilməsi, günahkarların cəzalandırılması kimi Azərbaycanın haqlı tələblərini qəbul etdi".

TDUFWEAbuIiEr6dfI0zLJKDtPhRais2P.jpg (802 KB)

Bu sözləri Musavat.com-a politoloq Züriyə Qarayevə deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin bu prosesdə prinsipial və ardıcıl mövqeyi nəticə etibarilə Moskvanın məsələyə konstruktiv yanaşmasını təmin etdi: "Görüş həm də Rusiya daxilində Azərbaycanla münasibətləri pozmağa çalışan ermənipərəst dairələrin təsirinin zəiflədiyini göstərdi. Bu hadisə iki ölkə arasında qarşılıqlı etimadın bərpası, əməkdaşlığın yeni mərhələyə keçidi və strateji tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR