İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet təbliğatının keçmiş rəhbəri müəmmalı şəkildə öldü – Rusiyada “intiharlar zənciri” böyüyür

Sovet dövrünün tanınmış mətbuat simalarından biri, keçmiş “Pravda” qəzetinin rəhbəri Vyaçeslav Leontyev müəmmalı şəkildə dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə, Leontyevin ölümü Rusiyada son illərdə artan müəmmalı “intiharlar zəncirinin” növbəti halqasına çevrilib.

87 yaşlı keçmiş təbliğat rəhbəri bazar günü Moskvadakı mənzilinin 5-ci mərtəbəsindən özünü ataraq həlak olub. O, 1984-cü ildən SSRİ Kommunist Partiyasının əsas mətbu orqanı olan “Pravda” nəşriyyatına rəhbərlik edib və SSRİ dağıldıqdan sonra da “Pressa” adı ilə fəaliyyətini davam etdirib.

Rusiya mediası yazır ki, ölüm günü Leontyev ürək problemlərinə baxmayaraq təcili yardım çağırmaqdan imtina edib. Onun həyat yoldaşı bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi və bu səbəbdən Leontyev tənha vəziyyətdə özünü pis hiss etməyə başlamışdı.

Müxalif jurnalist Andrey Malgin bildirib ki, Leontyev “partiyanın pulları barədə çox şey bilirdi” və mənşəyi şübhəli sərvətə sahib ola bilərdi.

“İntihar” zənciri böyüyür

Ukraynada müharibə başlayandan bəri Rusiyada onlarla yüksək vəzifəli şəxs müəmmalı şəraitdə dünyasını dəyişib. Onların arasında istefadan sonra özünü güllələyən keçmiş nəqliyyat naziri Roman Starovoyt və Ermənistan konsulluğunun tualetində ölü tapılan keçmiş məmur Boris Avakyan da var.

Sentyabrda Kalininqradda biznesmen Aleksey Sinitsının başsız bədəni tapılıb. Bütün bu hadisələr rəsmi qurumlar tərəfindən “intihar” kimi təqdim olunsa da, bir çox hallarda zorakılıq izləri açıq şəkildə görünür.

Müşahidəçilər hesab edirlər ki, Leontyevin ölümü Kreml elitası içərisində baş verən gizli “hesablaşmalar” zəncirinin növbəti halqası ola bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR