Onlayn ictimai-siyasi qəzet
İsraillə HƏMAS arasında Qəzza zolağı üzrə sülh planı çərçivəsində əldə olunan razılaşmaların rəsmi imzalanması mərasimi Misirdə baş tutacaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən hökumət kabinetinin iclasında bəyan edib.
“Biz Misirə gedəcəyik, orada sənədin imzalanması baş tutacaq. Bu, əlavə mərasim olacaq, çünki mənim adımla artıq ilkin imzalama həyata keçirilib, lakin indi rəsmi imzalama mərasimi olacaq”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun siyasi taleyi ilə bağlı dəyişikliklər mümkündür:
“Bəlkə də Bibini (Netanyahu) əvəz edəcəklər — siyasət belədir. Mən bilirəm ki, o, indi 7 oktyabrdan sonrakı dövrlə müqayisədə daha populyardır”, – Tramp qeyd edib.
O həmçinin bildirib ki, “iki dövlətli həll” məsələsində onun xüsusi mövqeyi yoxdur:
“Tərəflər nəyə razı olsalar, mən də onunla razılaşacağam. Məndən İsrail Knessetində çıxış etməyimi xahiş etdilər və mən bunu edəcəyəm”, – ABŞ prezidenti vurğulayıb.
Musavat.com
10 Oktyabr 2025
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ