İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşət: Ata üç yaşlı qızını pəncərədən atdı - VİDEO

Rusiyanın Ufa şəhərində dəhşətli ailə faciəsi baş verib.

Musavat.com xəbər verir ki, yerli KİV-in məlumatına görə, kişidə əsəb böhranı yaranıb və o, “uşağın çox diqqət tələb etdiyini” bəhanə gətirərək əvvəlcə balkondan əşyaları atıb, sonra isə üç yaşlı qızını pəncərədən atıb.

Hadisə dördüncü mərtəbədə baş verib. Möcüzə nəticəsində uşaq sağ qalıb, lakin onun vəziyyəti son dərəcə ağırdır. Hazırda həkimlər azyaşlının həyatını xilas etmək üçün mübarizə aparırlar.

Məlumata görə, hadisə zamanı kişinin həyat yoldaşı və böyük oğlu sanatoriyada olublar. Ata isə dərhal saxlanılıb və azyaşlını öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR