İnsanlara hürriyət, millətlərə istiqlal!

Fon der Lyayenə etimadsızlıq qətnamələri rədd edildi

Avropa Parlamentində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə etimadsızlıq təklif edən hər iki qətnamə böyük səs çoxluğu ilə rədd edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səsvermədə ümumilikdə 594 deputat iştirak edib. Sağçı partiya nümayəndələrinin təklif etdiyi qətnamənin lehinə 179, əleyhinə 378, bitərəf 37 nəfər səs verib.

Solçu partiyaların nümayəndələri tərəfindən təqdim edilən ikinci qətnamə 133 səs, 383 əleyhinə və 78 bitərəf olmaqla rədd edilib.

Qeyd edək ki, qətnamələrin arxasında Rusiya ilə münasibətlərini qorumağa çalışan Macarıstan və Slovakiyanın dayandığı güman edilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR