İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask onu məhkəməyə verən Twitter menecerləri ilə razılaşmalı olub

Milyarder İlon Musk dörd keçmiş Twitter (indiki X) menecerinin 128 milyon dollardan çox təzminat tələb edən məhkəmə iddiasını həll etməyə razılaşıb.

Musavat.com  xəbər verir ki, məlumatı Financial Times (FT) məhkəmə sənədlərinə istinadən yayıb. Qəzetə görə, Mask və X Twitter-in keçmiş baş direktoru Parag Agrawal, keçmiş baş məsləhətçi Vijaya Gadde, keçmiş baş məsləhətçi Sean Edgett və keçmiş CFO Ned Segal ilə "açıqlanmayan razılaşma" əldə edib. Bu, Kaliforniya federal məhkəməsində verilən iddiada yenilənmiş məlumatda yer alır.

2024-cü il məhkəmə şikayətində iddiaçılar Maskın "bir faktiki əsas təqdim etmədən" onları kobud səhlənkarlıqda və qəsdən sui-istifadədə günahlandıraraq, işdən çıxma müavinətindən məhrum etmək üçün əmək müqavilələtinə xitam verdiyini bildiriblər. İddia ərizəsində həmçinin Valter İsaaksonun Maskın tərcümeyi-halından bir parçaya istinad edilib. Müəllif iddia edir ki, milyarder menecerləri səhm opsionlarından istifadə etmədən və ya istefa vermədən “səbəblə” işdən çıxarmaq üçün müqaviləni vaxtından əvvəl bağlamağa çalışıb. İddiaya görə, Mask İsaaksona deyib: “Bu axşam müqavilənin bağlanması ilə sabah səhər müqavilənin bağlanması arasında fərq 200 milyon dollardır”.

27 oktyabr 2022-ci ildə Mask Twitter-in 44 milyard dollar alışına dair müqaviləni bağlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR