İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədəbiyyat üzrə “Nobel”i o QAZANDI - VİDEO

Stokholmdakı İsveç Akademiyası ədəbiyyat üzrə Nobel mükafatı laureatını elan edib.

Musavat.com xəbər verir ki, bu barədə Nobel Fondunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, mükafat macar yazıçısı Laszlo Krasznahorkaiyə verilib. Bu mükafat ona apokaliptik qorxu fonunda incəsənətin gücünü təsdiqləyən, təsirli və vizioner yaradıcılığına görə verilib.

Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatına 54 yaşlı cənubi koreyalı yazıçı Han Kanq layiq görülüb. H.Kang 2007-ci ildə yazdığı “The Vegetarian” romanına görə məşhurluq qazanıb və 2016-cı ildə bu romana görə Buker mükafatına layiq görülüb. Onun, həmçinin “Human acts”, “The White Book” romanları da populyardır. 

Sabah, oktyabrın 11-də 2025-ci il Nobel Sülh Mükafatının qalibi məlum olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR