İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Ordusu hazırlıq vəziyyətində: Zəruri halda...

İsrail Müdafiə Qüvvələri (IDF) girovların qaytarılması haqqında sazişin imzalanmasını alqışlayıb.

Musavat.com xəbəır verir ki, Ordunun yaydığı məlumatda Baş Qərargah rəisi Eyal Zamir buna baxmayaraq, ordunun istənilən ehtimala hazır olmasını tələb edib: “Gecə ərzində aparılan vəziyyətin qiymətləndirilməsi zamanı Baş Qərargah rəisi həm ön cəbhədə, həm də arxa cəbhədə olan bütün qüvvələrə möhkəm müdafiə hazırlığı və istənilən ssenariyə hazır olmağı tapşırıb”.

Həmçinin qeyd olunub ki, zəruri halda qüvvələrin yeridilməsi “siyasi eşalonun göstərişlərinə və razılaşmanın mərhələlərinə uyğun olaraq, məsuliyyətlə və əsgərlərimizin təhlükəsizliyinə diqqət yetirilməklə” həyata keçiriləcək.

Zamir həmçinin İDF bölmələrinə “həssas və peşəkarlıqla həyata keçirilməsi gözlənilən girovların qaytarılması əməliyyatına rəhbərlik etməyə hazırlaşmağı” tapşırıb: "IDF müharibənin məqsədlərinə nail olmaq və bütün cəbhələrdə İsrail dövlətinin vətəndaşlarını qorumaq üçün fəaliyyətini davam etdirəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR