Onlayn ictimai-siyasi qəzet
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 1,4 milyard dollar sərvətlə “Bloomberg” agentliyinin ən varlı adamlar siyahısına düşüb.
Musavat.com Medianews.az-a istinadən bildirir ki, Kriştiano Ronaldo bu siyahıya salınan ilk futbolçudur.
1985-ci il fevralın 5-də doğulan Kriştiano Ronaldo Portuqaliyanın “Sportinq” (2002-2003), İngiltərənin “Mançester Yunayted” (2003-2009 və 2021-2022), İspaniyanın “Real” (2009-2018), İtaliyanın “Yuventus” (2018-2021) komandalarında oynayıb, 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edir.
İngiltərə, İspaniya, İtaliyada çempionluqlar yaşayıb, UEFA Çempionlar Liqasında, UEFA superkubokunda, klublar arasında dünya çempionatında zəfərləri var.
Portuqaliya milli komandasının heyətində Avropa çempionu (2016), UEFA Millətlər Liqasının qalibi (2019 və 2025) olub.
2008, 2013, 2014, 2016, 2017-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatı alıb.
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ